Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın 1 mart 2025-ci ildən 28 fevral 2026-cı ilə qədər tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə embarqosundan Kubaya dəyən ziyan 8,083 milyard dollar təşkil edib ki, bu da əvvəlki rekorddan 7 faiz çoxdur.
Musavat.com xəbər verir ki, məlumatı Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla açıqlayıb. Onun sözlərinə görə, ABŞ embarqosu dövründə Kubaya dəyən ümumi ziyan cari qiymətlərlə 178,7 milyard dollara çatıb.
Nazir bildirib ki, Kuba iqtisadiyyatına ən əhəmiyyətli təsir yanacaq tədarükünə mane olan və həyatın müxtəlif sahələrinə təsir edən enerji məhdudiyyətləri ilə bağlıdır.
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ