Onlayn ictimai-siyasi qəzet
Dünyaca məşhur supermodel İrina Şeyk yeni fotosessiyası ilə sosial medianın gündəminə gəlib.
Musavat.com xəbər verir ki, 40 yaşlı model məşhur lüks alt paltarı brendinin 2026-cı ilin payız-qış kolleksiyasının reklam kampaniyasının siması seçilib.
İrina Şeyk alt paltarı, jartiyer və corab kombinasiyası ilə kamera qarşısına keçib. Onun cəsarətli pozları qısa müddətdə sosial şəbəkələrdə böyük maraq doğurub.
Kampaniya üçün sənaye üslubunda, qarajı xatırladan məkanda çəkiliş aparılıb. Dəri kresloda pozlar verən model qırmızı alt paltarı dəstini eyni rəngdə corablarla tamamlayıb.
Fotosessiyanın digər diqqətçəkən obrazında isə İrina Şeyk ağ, şəffaf büstqalter və jartiyer kəmərindən ibarət dəstlə kamera qarşısına keçib.
Minimal makiyaj və təbii görünüşə üstünlük verən modelin açıq rəngli dərisi qaranlıq dekorasiya və sənaye atmosferi fonunda xüsusi olaraq ön plana çıxarılıb.
Şeykin yeni görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Könül
Musavat.com


08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ