İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya Rusiya və Belarus taxılına 300% tarif tətbiq edəcək

Latviya hakimiyyəti Rusiya və Belarusdan gələn taxıla 300% tarif tətbiq etməyi planlaşdırır, həmçinin Ukraynadan ixrac edilmiş ola biləcək taxılı müəyyən etmək üçün metod hazırlayır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, taxılın mənşəyi Ukrayna laboratoriyaları ilə əməkdaşlıq çərçivəsində müəyyən ediləcək. Məqsəd Ukrayna taxılı ilə Rusiya taxılını ayırmaq, Rusiya taxılının Ukrayna məhsulu kimi qələmə verilməsinin qarşısını almaqdır.

Baş nazir Andris Kulberqsin sözlərinə görə, Riqa bu cür daşınmaları yükgöndərənlər üçün sərfəli etmək istəyir.

Latviya bu tədbirləri digər Baltikyanı ölkələrlə əlaqələndirmək niyyətindədir. Kulberqs bu məsələni Estoniya və Litva hökumət başçıları ilə müzakirə edəcək.

O qeyd edib ki, "Rusiya taxılının regionun infrastrukturunu istismar etməməsini" təmin etmək üçün ortaq mövqeyə ehtiyac var.

Parlamentin deputatı Arturs Butans məhdudiyyətləri dəstəkləyib. O bildirib ki, taxıl tranziti Rusiya və Belarus üçün "iqtisadi cəhətdən sərfəli olmayan bir işə" çevriləcək.

Bildirilir ki, Ukraynanın Qara dəniz və Azov dənizindəki Rusiya limanlarına endirdiyi zərbələrdən sonra rusiyalı ixracatçılar taxılı digər bazarlara daşımaq üçün alternativ olaraq Baltikyanı ölkələrin (xüsusilə Latviyanın) liman və tranzit marşrutlarından istifadəni kəskin şəkildə artırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR