Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Məleykə Əsədova qızı Gülərlə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, aktrisa övladının ad günü münasibətilə onunla fotosunu paylaşaraq duyğusal sözlər yazıb.
“Ad günün mübarək, mənim ürəyim. Ən başlıcası, sağlam ol! Ən yaxın dostun hər saniyə “ağıl” olsun. Bu çətin, keşməkeşli həyatda Allah səni xətadan, bəladan, mərdimazardan qorusun. Göydə Allah, yerdə torpağın gücü səni qorusun və güc versin.
Varlığınla, tərbiyənlə, savadınla Azərbaycanın və mənim fəxrim ol. Sərbəst həyata ilk addımını atdın. Bu yolda uğurlar və işıqlar həyatını bəzəsin. Amin. Təbriklər” deyə, M. Əsədova qeyd edib.
Qeyd edək ki, Gülər universiteti bitirərək magistraturaya qəbul olub.
Könül
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ