İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib - VİDEO

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli qol transplantasiyası etdirməməsinin səbəbini açıqlayıb.

Musavat.com xəbər verir ki, bloger bununla bağlı sosial şəbəkə hesabında video paylaşaraq bəzi bədən üzvlərini itirmiş qazilərə müraciət edib.

Nicat Şakirli son vaxtlar ona qol transplantasiyası ilə bağlı çoxsaylı mesajlar gəldiyini bildirib. O, xaricdə iki qolunu itirmiş gəncə iki qol transplantasiyası edildiyi barədə məlumat aldığını və məsələni araşdırmaq üçün Türkiyəyə getdiyini deyib.

Bloger iddia edib ki, bir qolun transplantasiyası mümkün deyil və yalnız iki qolun köçürülməsi həyata keçirilə bilər. Onun sözlərinə görə, Türkiyədə bu cür əməliyyatlar yalnız ölkə vətəndaşlarına tətbiq olunur və dövlət tərəfindən qarşılanır.

N.Şakirli transplantasiyadan sonra uzunmüddətli immunosupressiv dərmanların qəbul edilməli olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bu preparatlar immun sisteminin fəaliyyətini zəiflətdiyindən transplantasiya olunmuş orqanın orqanizm tərəfindən rədd edilməsinin qarşısını almaq məqsədilə istifadə olunur.

Bloger belə dərmanlardan istifadə edən insanların infeksiyalara qarşı daha həssas olduğunu bildirib və transplantasiyanın müəyyən risklər daşıdığını qeyd edib.

“Qısa şəkildə demək istəyirəm ki, bədənə hər hansı bir üzvün transplantasiya edilməsi qətiyyən məsləhətli bir şey deyil.

Allah hər birimizi var eləsin. Allah qazilərimizə və bütün xəstələrimizə şəfa versin”, - deyə N.Şakirli bildirib.

Qeyd edək ki, 2023-cü ilin avqustunda Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov həyatını itirib. N.Şakirli isə ağır xəsarətlər alıb və sağ qolu dirsəkdən amputasiya edilib.

Könül,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR