İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Əmrullayev: “Oxuyub anlama problemimiz var”

Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinə əsasən, Bakı məktəblilərinin oxu savadlılığı üzrə göstəricilərində ciddi irəliləyiş olduğunu açıqlayıb.

Musavat.com-un xəbərinə əsasən, nazir bildirib ki, Bakı üzrə oxu savadlılığı 2022-ci ildəki 365 baldan 2025-ci ildə 405 bala yüksəlib.

“39 ballıq artım var. Səhv etmirəmsə, bu, ölkələr arasında ən yaxşı irəliləyişdir. Yəni ən sürətli irəliləyən sistem Bakı şəhəri sistemidir”, – deyə Emin Əmrullayev qeyd edib.

Nazir bununla belə, Azərbaycanın ümumi nəticəsinin 374 bal olduğunu və göstəricinin hələ də aşağı səviyyədə qaldığını vurğulayıb.

“Bizim əsas problemimiz oxuyub-anlama, tənqidi oxu və digər bacarıqlardır. Burada ciddi pedaqoji problemimiz var. Bu, məktəbimiz, sinfimiz, müəllimimiz, müəllim hazırlığımız və pedaqoji praktikalarımızla əlaqədardır. Bunu dəyişmək üçün hamımız çalışmalıyıq”, – nazir qeyd edib.

Emin Əmrullayev müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarında oxu bacarıqlarının qiymətləndirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini deyib.

“Qrammatika sualları verməyə və dil qaydalarını ölçməyə davam etsək, nəticəmiz dəyişməyəcək. Dil qaydasını bilmək hələ oxuyub-anlama və oxu bacarıqlarının inkişafına birbaşa təsir etmir. Bu, ən yaxşı halda, onun yalnız bir hissəsinə təsir göstərə bilər”, – deyə nazir vurğulayıb.

Nazir bildirib ki, 2033-cü ilə qədər Azərbaycanın oxu nəticələrinin 400 balların ortalarına çatdırılması ciddi uğur sayıla bilər.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR