İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerdən qalan təhlükə yerin 4 metr altından çıxdı – şəhərdə həyəcan

Almaniyanın Kil şəhərində İkinci Dünya müharibəsindən qalan aviabombanın aşkarlanması genişmiqyaslı evakuasiyaya səbəb olub.

Musavat.com xəbər verir ki, təhlükəli sursat şəhərin Ditrixsdorf rayonunda təxminən 4 metr dərinlikdə aşkar edilib.

Məlumata görə, söhbət təxminən 250 kiloqram ağırlığında, zərbə tipli partladıcı mexanizmlə təchiz edilmiş ABŞ istehsalı aviabombadan gedir.

Bombanın zərərsizləşdirilməsi üçün müəyyən edilmiş təhlükəli ərazidə yaşayan 2580 ev təsərrüfatından ümumilikdə 5235 nəfər təxliyə edilməlidir. Sakinlərə saat 14:00-dək evlərini tərk etmək tapşırılıb. Bundan sonra istehkamçılar bombanın zərərsizləşdirilməsi əməliyyatına başlayacaqlar.

Gedəcək yeri olmayan sakinlər üçün yerli məktəblərdən birində müvəqqəti yerləşdirmə məntəqəsi yaradılıb.

Rəsmilər əməliyyatın nə qədər davam edəcəyini əvvəlcədən söyləməyin mümkün olmadığını bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR