İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabad-Göytəpə yolunda ağaclar maşınların üzərinə aşdı: Zərər ÇƏKƏNLƏR var - VİDEO

Cəlilabad-Göytəpə avtomobil yolunda əlverişsiz hava şəraiti və güclü külək ciddi təhlükəli vəziyyət yaradıb.

Musavat.com xəbər verir ki, güclü küləyin təsirindən yol kənarındakı iri gövdəli ağaclar hərəkətdə olan nəqliyyat vasitələrinin üzərinə aşıb. Aşan ağaclardan biri mikroavtobusun üzərinə düşüb. Nəticədə avtomobil idarəetmədən çıxaraq bir qədər irəli sürüklənib.

Ağacların yola və avtomobillərin üzərinə aşması nəticəsində 5-6 nəqliyyat vasitəsi zədələnib. İlkin məlumata görə, hadisə zamanı xəsarət alanlar da var.

Hazırda Cəlilabad-Göytəpə yolunda hazırda vəziyyət olduqca təhlükəlidir. Sürücülərə bu istiqamətdə hərəkət edərkən diqqətli və ehtiyatlı olmaları tövsiyə olunur.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR