İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü külək Bakı-Quba yolunda ağacı aşırdı - hərəkət qismən məhdudlaşdı

Səhər saatlarından başlayan güclü külək Qubada fəsad törədib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun Quba rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində iri ağac yola aşıb.

Nəticədə yolun hərəkət hissəsinin bir qismi bağlanıb. Hazırda yolun bir hissəsi açıqdır və nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir.

Hadisə ilə bağlı müvafiq tədbirlər görülür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR