İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrana qarşı çəmbəri daraldır – Ermənistanın nəfəs yolu təhlükədə

ABŞ və Avropa İttifaqının İrana qarşı iqtisadi təzyiqləri gücləndirməsi Ermənistan üçün müəyyən təsirlər yarada bilər.

Musavat.com xəbər verir ki, iranşünas Nver Davtyan ABŞ maliyyə naziri Skott Bessentin Avropa İttifaqının İrana qarşı “İqtisadi təcrid” əməliyyatına qoşulması barədə açıqlamasını şərh edib.

Davtyanın sözlərinə görə, yeni sanksiyaların Ermənistana müəyyən təsiri mümkündür, lakin bunun ciddi miqyas alacağı gözlənilmir. ABŞ-ni narahat edən əsas sahələr energetika, elektronika, ikili təyinatlı məhsullar və müxtəlif növ xammalla bağlıdır.

Ekspert hesab edir ki, İranla Ermənistan arasındakı ticarətin həcmi Vaşinqtonun xüsusi diqqətini cəlb edəcək səviyyədə deyil.

Onun sözlərinə görə, son dövrlərdə Ermənistanın İrandan idxalında ölkə üçün mühüm əhəmiyyət daşıyan sahələr üstünlük təşkil edir. Bunların arasında tikinti sektoru və bəzi ərzaq məhsulları var. Davtyan qeyd edib ki, bunlar ABŞ-nin narahatlıq doğuran hesab etdiyi sahələrə daxil deyil.

Bununla belə, iranşünas hesab edir ki, İrəvan Vaşinqton və Brüsseldəki tərəfdaşlarına diplomatik kanallarla İranla ticarətin Ermənistan üçün həyati əhəmiyyət daşıdığını izah etmək imkanına malik olmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR