İnsanlara hürriyət, millətlərə istiqlal!

Uitkoff Moskvadan Kiyevə böyük xəbərlə gəldi - "Avropa üçlüyü" təcili TOPLANDI

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Moskvada keçirilən danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, tərəflər yeni ideyaları və üçtərəfli görüşün keçirilməsi imkanlarını müzakirə ediblər.

"Biz yeni ideyalar eşitdik. Prezident Zelenskinin yaxın vaxtlarda rəsmi şəkildə elan ediləcəyinə ümid etdiyimiz üçtərəfli görüş haqqında dediklərini siz də duydunuz. Moskvada bir çox digər mühüm və məzmunlu ideyaları müzakirə etdik və onları bura, Kiyevə gətirdik", - deyə Uitkoff vurğulayıb.

Xüsusi nümayəndə danışıqlar prosesinin irəliləməsi üçün avropalı tərəfdaşlarla sıx əməkdaşlığın vacibliyini qeyd edib. Bu baxımdan Kiyevə "Avropa üçlüyü" ölkələrinin - Böyük Britaniya, Almaniya və Fransanın milli təhlükəsizlik üzrə müşavirləri, eləcə də ABŞ nümayəndə heyətinin digər üzvləri gəliblər.

ABŞ prezidentinin xüsusi nümayəndəsi razılaşmaların əldə olunması üçün hər iki tərəfin güzəştlərə getməli olacağını vurğulayıb:

"Bunun üçün hər iki tərəf müəyyən kompromislərə getməli və aralarındakı fikir ayrılıqlarını azaltmalıdır. Hesab edirik ki, bu məqsədə çatmaq üçün lazım olan bütün komponentlərə sahibik".

Uitkoff, həmçinin ABŞ tərəfinin münaqişənin sülh və diplomatiya yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR