Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə “Ehdiparfum” kimi tanınan tanınmış fenomen Əhdiman Osmanovla bağlı olduğu iddia edilən intim görüntülər son günlər sosial medianın əsas müzakirə mövzusuna çevrilib. TikTok platformasında yayılan bu videolar qısa müddət ərzində geniş rezonans doğurub və cəmiyyətdə kəskin reaksiyalara yol açıb.
Yayılan görüntülərlə bağlı ilk olaraq bunun böhtan olduğunu və həqiqəti əks etdirmədiyini bildirsə də, Əhdiman Osmanov daha sonra yeni və ətraflı video açıqlama yayaraq Azərbaycan xalqından üzr istəyib:
"Hər kəsə salamlayıram. Son günlər baş verən hadisələrlə bağlı bir açıqlama vermək istəyirəm. Gördüyünüz bu video mənim könüllü şəkildə yayımladığım görüntü deyil. Bu, əslində mənə ünvanlanan cavab videosudur. Həmin şəxsə demək istəyirəm ki, vaxtilə sən də mənim evimdə olmusan, sənin də evinizlə bağlı bəzi görüntülər qarşımıza çıxmışdı, lakin biz bunu heç vaxt paylaşmadıq, yaymadıq və ictimailəşdirmədik. Kişiyə yaraşmaz ki, başqasının evini açıb ictimailəşdirsin, hər kəsə göstərsin. Əsl kişi başqasının eybini örtən, evinin üstünü qoruyandır".
Əhdiman Osmanov yayılan görüntülərin onun tərəfindən yayılmadığını, telefonundan ekran görüntüsü kimi götürülərək oğurlandığını iddia edib. O, bu işin arxasında Almaniyada yaşayan müəyyən şəxslərin dayandığını bildirib:
"Bu video heç vaxt sizlərin qarşısına çıxmalı deyildi. Bu videonu mən yaymamışam. Sadəcə ekran görüntüsü kimi çəkilib və həmin insanın telefonundan oğurlanıb. Videonu oğurlayan şəxsi təxminən 90 faiz bilirəm. Bu qərəzli əməlin arxasında Almaniyada yaşayan həmin şəxs dayanır".
Yaşadığı sınaqdan və ətrafındakı insanlardan bəhs edən fenomen həyatın çətin imtahanlarından keçdiyini vurğulayıb:
"Bilmirəm, mən bu yaşananlardan nə nəticə çıxarmalıyam. Üdə dost görünənlər, dəstək olduqlarını deyənlər cəmi üç gün sonra üstümə zəhər tökdülər. Həqiqətən də o içində zəhər daşıyanları, məni arxadan vuranları hamısını bir-bir gördüm. Həqiqətən də həyat böyük bir sınaqdır və mən bu sınaqdan keçirəm. Allah hər kəsin köməyi olsun. Lakin təəssüf ki, arxadan vuranların təxminən 80 faizi kişilərdir. İnanın ki, onların bəlkə də bu əməllərinə görə karyerası bitəcək. Elə gizli məqamlar var ki, əgər onlar aşkara çıxsa... Sağ olun, Allaha əmanət olun".//Nocomment
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ