İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB sədri bu xəstəxanaya yeni direktor təyin etdi - FOTO

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Musavat.com Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Anar Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Canəli Nəbiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə gətirilib.

O, son təyinata qədər Xocavənd Rayon Mərkəzi Xəstəxanasına direktoru vəzifəsində işləyib.

Xatırladaq ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Mahir oğlu Rüstəmbəyov iyun ayında vəzifəsindən azad olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR