Onlayn ictimai-siyasi qəzet
Türkiyənin qadınlardan ibarət voleybol millisi Avropa çempionatının finalında İtaliyanı məğlub edərək qitənin ən güclüsü adını qazanıb.
Musavat.com xəbər verir ki, “Filenin Sultanları” 2026 CEV Qadınlar Avropa Voleybol Çempionatının həlledici qarşılaşmasında İtaliya millisinə 3:2 hesabı ilə qalib gəlib.
Beş set davam edən gərgin mübarizənin sonunda Türkiyə yığması qələbəni təmin edərək ardıcıl ikinci dəfə Avropa çempionu olub.
Bu nəticə Türkiyə millisinin daha bir böyük uğuruna yol açıb. Avropa çempionu olan “Filenin Sultanları” 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanıb.
Türkiyə qadın voleybol millisi əvvəlki Avropa çempionatında da qızıl medal qazanmışdı.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ