İnsanlara hürriyət, millətlərə istiqlal!

48 il öncə ölkədə cəmi 2600 avtomobil var idi - Çin dünyanı belə fəth etdi

1978-ci ildə Çində cəmi 149 min avtomobil istehsal olunurdu. Onların yalnız 2,6 mini minik avtomobili idi və əsasən xidməti istifadə və taksi üçün nəzərdə tutulurdu.

Musavat.com xəbər verir ki, həmin dövrdə adi Çin vətəndaşlarının şəxsi minik avtomobilinə sahib olması faktiki olaraq mümkün deyildi. Lakin sonrakı onilliklərdə vəziyyət sürətlə dəyişdi.

1993-cü ildə Çində şəxsi avtomobil parkı artıq 599 minə çatmışdı. 1998-ci ildə isə bu göstərici 2,31 milyon avtomobil təşkil edirdi. Kütləvi avtomobil alıcısının meydana çıxması ilə yanaşı, ölkədə özəl avtomobil istehsalçıları da sürətlə inkişaf etməyə başladı.

Dönüş nöqtələrindən biri 2009-cu il oldu. Çin ABŞ-ni geridə qoyaraq həm dünyanın ən böyük avtomobil bazarına, həm də ən böyük avtomobil istehsalçısına çevrildi. Həmin il ölkədə 13,64 milyon avtomobil satıldı, istehsal isə 13,79 milyon ədədə çatdı.

2020-ci illərdə nəhəng daxili bazarın böyüməsi ilə Çin avtomobil sənayesi yeni mərhələyə keçdi. Ölkədə istehsal edilən avtomobillərin ixracı sürətlə artdı və Çin istehsalçıları xarici bazarlarda daha fəal görünməyə başladılar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR