Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Soçi şəhərində sentyabrın 7-nə keçən gecə neft bazasında yenidən güclü yanğın baş verdiyi bildirilir.
Musavat.com xəbər verir ki, Ukrayna mənbələrinin yaydığı məlumata görə, neft bazasında partlayış və yanğın Ukrayna ordusunun dron zərbələrindən sonra baş verib.
Bildirilir ki, eyni neft bazası sentyabrın 4-də də dron hücumuna məruz qalıb. Beləliklə, obyekt cəmi üç gün ərzində ikinci dəfə yanğınla üzləşib.
Sosial şəbəkələrdə yayılan gecə görüntülərində ərazidə güclü alov və tüstünün olduğu görünür.
Məlumata görə, hücum qəfil və sürətli baş verdiyindən şəhərdə hava həyəcanı siqnalı verilməyə imkan olmayıb. Yerli hakimiyyət orqanları neft bazasında baş verən təkrar yanğının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
@@TVmusavat/154786@@
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ