İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də təyyarə uçuş zolağından çıxdı, ölənlər və xəsarət alanlar var

"Amazon Prime Air" şirkətinin reys üçün yola düşən "Boeing 767-300" yük təyyarəsinin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində azı beş nəfər həlak olub, daha beş nəfər yaralanıb.

"ABC News"un məlumatına görə, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava xəbər verib.

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

"Puerto Rikodan yola düşən "Amazon Air"in yük təyyarəsinin Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində beş nəfər ölüb, daha beş nəfər yaralanıb", - o, mətbuat konfransında bildirib.

Hadisənin səbəbini Nəqliyyatda Milli Təhlükəsizlik Şurası araşdıracaq.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR