İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət hər inəyin kilosuna 4 manat 44 qəpik verəcək - Qonşu ölkədə fermerlər üsyan edir

Rusiyanın İrkutsk vilayətində mal-qara arasında yoluxucu düyünlü dermatit şübhəsi ilə heyvanların məhv edilməsinə başlanılıb.

Musavat.com xəbər verir ki, yerli hakimiyyət orqanları xəstəliyin dəqiq tipinin hələ müəyyənləşdirilmədiyini, laborator analizlərin yekun nəticələrinin gözlənildiyini bildiriblər. Buna baxmayaraq, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatlardan mal-qaranın götürülərək məhv edilməsi həyata keçirilir.

Yerli hakimiyyət infeksiyanın mümkün mənbələrindən biri kimi xırdabuynuzlu mal-qaranın bölgəyə qanunsuz gətirilməsini göstərir.

Məhv edilən heyvanlara görə sahiblərinə kompensasiya ödənilməsi nəzərdə tutulub. İribuynuzlu mal-qaranın hər kiloqramına 224 rubl (4 manat 44 qəpik), xırdabuynuzlu mal-qaranın hər kiloqramına 307 rubl (6 manat 9 qəpik), donuzların hər kiloqramına isə 190 rubl (3 manat 77 qəpik) ödəniləcəyi bildirilir.

Lakin heyvan sahibləri təklif olunan kompensasiyanın bazar qiymətlərindən aşağı olduğunu bildirərək məbləğlərə etiraz edirlər. Fermerlərin bir qismi heyvanların məhv edilməsindən əvvəl xəstəliyi təsdiqləyən laborator nəticələrin onlara təqdim olunmasını tələb edir.

Düyünlü dermatit əsasən iribuynuzlu mal-qarada rast gəlinən yoluxucu virus xəstəliyidir. Xəstəlik heyvanlarda yüksək hərarət, dəridə düyünlərin yaranması və məhsuldarlığın azalması ilə müşayiət oluna bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR