İnsanlara hürriyət, millətlərə istiqlal!

Şükür Həmidov və Mais Bərxudarovun döyüşlərdən YENİ KADRLARI YAYILDI - VİDEO

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi günlərinə aid yeni və təsirli görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidov və General-leytenant Mais Bərxudarov yer alıblar.

Kadrların Vətən müharibəsi zamanı azad olunan Qubadlı rayonu ərazisində çəkildiyi bildirilir. Səmimi və döyüş ruhunu əks etdirən kadrlarda igid zabitlərimizin qələbə əzmi, həmçinin torpaqlarımızın azad olunması uğrunda aparılan əməliyyatlardakı həmrəyliyi açıq şəkildə əksini tapıb.

Videoda hərbçilərimizin bir araya gələrək zarafatlaşması, bölgənin azad edilməsindən duyduqları sevinc və qürur hissi açıq şəkildə nəzərə çarpır.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində misilsiz şücaət göstərmiş Şükür Həmidov Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Həmin təsirli kadrları təqdim edirik:

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR