Onlayn ictimai-siyasi qəzet
Ukraynada böyüklər üçün porno məzmunun istehsalı və yayılmasına görə cinayət məsuliyyətinin aradan qaldırılması məsələsi yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Nəşrin yazdığına görə, təşəbbüsün əsas tərəfdarlarından biri, Ali Radanın deputatı Yaroslav Jeleznyak hesab edir ki, sektorun leqal fəaliyyət göstərməsi dövlət büdcəsinə ildə təxminən 25 milyon dollar vergi gəliri gətirə bilər. Müharibə şəraitində bu vəsait, o cümlədən müdafiə ehtiyaclarına yönəldilə bilər.
Hazırda Ukraynada pornoqrafik materialların istehsalı və yayılması cinayət məsuliyyəti yaradır. Bu səbəbdən veb-kamera modelləri və böyüklər üçün məzmun hazırlayan şəxslər ya qeyri-rəsmi fəaliyyət göstərir, ya da gəlirlərini bəyan etməklə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək riski ilə üzləşirlər.
WSJ ukraynalı model Svitlana Dvornikovanın vəziyyətini də nümunə göstərib. Nəşrin məlumatına görə, o, məzmununun bir hissəsini xaricdə hazırlayır. Ukraynada polis daha əvvəl onun noutbukunu və təxminən 200 min dollar nağd pulunu müsadirə edib. Bununla yanaşı, Dvornikovanın təxminən 900 min dollar vergi ödədiyi bildirilir.
Xatırladaq ki, 2026-cı ilin iyulunda Ali Rada porno məzmunla bağlı cinayət məsuliyyətinin yumşaldılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Lakin sənəd hələ yekun qəbul olunmadığından və qüvvəyə minmədiyindən mövcud cinayət məsuliyyəti davam edir. Layihə eyni zamanda uşaq pornoqrafiyasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Musavat.com
07 Sentyabr 2026
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ