Onlayn ictimai-siyasi qəzet
İran cəmiyyətində tarixi keçmişə güclü bağlılıq var və bu amil Ermənistana münasibətdə də özünü göstərir.
Musavat.com xəbər verir ki, bunu Rusiya-Ermənistan Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Qarnik Asatryan bildirib.
Onun sözlərinə görə, iranlılar Ermənistanı qədim Persiyanın bir parçası kimi qəbul etdikləri üçün bu ölkəyə xüsusi münasibət bəsləyirlər. Asatryan Ermənistan ərazisində İranın qədim tarixi və mədəniyyəti ilə bağlı çoxsaylı izlərin qorunub saxlanıldığını da vurğulayıb.
Şərqşünas bildirib ki, iranlıların tarixi keçmişə nostalji hissi güclüdür və Ermənistanı İran qədimliyinin izlərinin qorunduğu məkanlardan biri kimi görürlər.
Asatryan iranlıların ermənilərə münasibəti barədə şəxsi müşahidəsini də bölüşüb:
“Əgər bir iranlının erməni dostu varsa, ilk növbədə bundan danışır. Əvvəllər bu, mənim qürurumu oxşayırdı. Düşünürdüm ki, deməli, ermənilər belə yaxşıdır. Amma məsələ bunda deyil”.
Musavat.com
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ