Onlayn ictimai-siyasi qəzet
İspaniya La Liqasının 4-cü turunda “Real Betis” və “Real Madrid” üz-üzə gəlib.
Musavat.com xəbər verir ki, “La-Kartuxa” stadionunda keçirilən və gərgin mübarizə şəraitində baş tutan qarşılaşmada meydan sahibi “Real Betis” “Real Madrid” üzərində 1:0 hesablı qələbə qazanıb.
“Real Betis”ə 3 xal qazandıran yeganə qolu 81-ci dəqiqədə komandanın yeni transferi Troy Parrott vurub.
“Real Madrid”in hücumçusu Kilian Mbappenin matçın 90+4-cü dəqiqəsində yerinə yetirdiyi penalti zərbəsini isə “Real Betis”in qapıçısı Alvaro Valles dəf edib.

Arda Gülər qarşılaşmaya start heyətində başlayıb. 64 dəqiqə meydanda qalan 21 yaşlı yarımmüdafiəçi daha sonra Yan Diomande ilə əvəzlənib.
Arda Gülər xüsusilə ilk hissədəki oyunu ilə diqqət çəkib. O, komanda yoldaşları üçün bir neçə real qol imkanı yaradıb.
Qeyd edək ki, bu mövsüm La Liqada ilk dəfə xal itirən “Real Madrid” 9 xalla turnir cədvəlində top fərqinə görə 2-ci pillədə qərarlaşıb. Xalını 9-a yüksəldən “Real Betis” isə 3-cü sırada yer alıb.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ