Onlayn ictimai-siyasi qəzet
Ukrayna şənbə günündən bazar ertəsinin sonunadək Moskvaya zərbələr endirməkdən çəkinməyə hazırdır. Kiyev bunun müqabilində Rusiyanın da Kiyevə zərbə vurmayacağına ümid edir.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, o, artıq Rusiya tərəfi ilə danışıqlara başlayan ABŞ prezidentinin nümayəndələri ilə söhbət aparıb.
“Ukrayna şənbə günü, eləcə də bazar və bazar ertəsi günlərinin sonuna qədər Moskvaya zərbə endirməkdən çəkinməyə hazırdır və rusların Kiyevlə bağlı da eyni şeyi edəcəyini gözləyir”, - deyə Zelenski bildirib.
O, həmçinin Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyinin və Ukrayna Silahlı Qüvvələri komandanlığının cəbhədəki vəziyyət, hava təhdidləri və müdafiə əməliyyatları barədə məruzələrini dinlədiyini deyib.
Zelenskinin sözlərinə görə, Kiyev diplomatik istiqamətdə də işini davam etdirəcək. Sentyabrın 6-da Amerika heyətinin iştirakı ilə danışıqlar planlaşdırılır. Ukrayna prezidenti ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin gəlişini gözlədiyini bəyan edib.
Xatırladaq ki, bundan əvvəl Kreml Vladimir Putinin sentyabrın 6-sı gecə yarısından sentyabrın 9-dək, yəni üç sutka ərzində Kiyevə zərbələr endirməmək barədə tapşırıq verdiyini bildirib. Moskva bu fasiləni danışıqların hazırlanması və keçirilməsi ilə əlaqələndirib.
Bununla belə, Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Rusiyanın bu təşəbbüsü yalnız Kiyev şəhərinə şamil olunur, Kiyev vilayətinə və Ukraynanın digər regionlarına zərbələrin dayandırılmasından söhbət getmir.
İqbal RZAYEV,
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ