İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaşinqton İrəvanı Bakı ilə sülhə bu yolla razı salıb" – Pərdəarxası detal

ABŞ Ermənistanı Azərbaycanla sülh prosesində irəliləyişə təşviq etmək üçün qabaqcıl Nvidia çiplərinə çıxış imkanından iqtisadi vasitə kimi istifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, amerikalı danışıqlar aparan şəxslər Ermənistanın Razdan şəhərində yaradılan “Firebird” məlumat mərkəzi üçün Nvidia çiplərinin alınmasına daha geniş icazələrin verilməsini İrəvan üçün təşviq vasitələrindən birinə çeviriblər.

ABŞ Dövlət Departamentində hesab ediblər ki, Ermənistana ABŞ ilə daha sıx iqtisadi əlaqələr və qabaqcıl texnologiyalara çıxış imkanları təklif olunarsa, İrəvan Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh razılaşması istiqamətində irəliləməyə daha çox maraq göstərəcək.

WSJ bunu ABŞ diplomatiyasında “çip diplomatiyası” adlandırılan yanaşmanın ən diqqətçəkən nümunələrindən biri kimi təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR