Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəvəsi Fatimə Serra Ərdoğan türk klassik musiqisinin məşhur əsərlərindən olan “Yine Bir Gülnihal” mahnısını ifa edib.
Musavat.com xəbər verir ki, sözləri və musiqisi İsmayıl Dədə Əfəndiyə aid əsərin yeni layihə üçün aranjemanını Hakan Kuralay hazırlayıb.
Layihə çərçivəsində Fatimə Serra Ərdoğanın studiyada səs yazısından və səhnə performansından görüntülər də təqdim olunub.
Sözügedən görüntülər sosial mediada qısa müddət ərzində böyük diqqət çəkib. Fatimə Serra Ərdoğanın ifası çoxsaylı bəyənmə və müsbət rəylərlə qarşılanıb.
Musavat.com
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ