İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusu Ekvador narkokartelinə məxsus daha bir neçə gəmini batırıb

ABŞ qüvvələri Ekvadorun narkotik karteli tərəfindən istifadə edilən daha bir qrup gəmini Şərqi Sakit okeanda ələ keçirib və batırıb.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Cənub Komandanlığı yayıb: "Kəşfiyyat gəmilərin qəddar narko-terror təşkilatı Los Choneros adından fəaliyyət göstərdiyini təsdiqləyib. Əsas gəmidəkilər saxlanılıb və Ekvador hakimiyyət orqanlarına təhvil verilib. Əsas gəmi yoxlanıldıqdan və heyət gəmidən düşdükdən sonra ABŞ hərbçiləri onu və köməkçi gəmiləri batırıb".

Gəmilər qrupunun şərqi Sakit okeanda yerləşdiyi və üzən yanacaqdoldurma məntəqəsi kimi xidmət etdiyi bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR