İnsanlara hürriyət, millətlərə istiqlal!

Millinin baş məşqçisi iki futbolçu üçün xaricə yollanır

Millinin baş məşqçisi Ayxan Abbasov yenidən ölkə xaricinə yollanacaq.

Səfərdə məqsəd legioner həyatı yaşayan iki futbolçumuzu iş başında izləmək, onların son durumu barədə yerində məlumat toplamaqdır.

Təcrübəli mütəxəssis öncə Polşaya üz tutacaq. Sentyabrın 9-da turneyə çıxacaq çalışdırıcı panların vətənində Mahir Emrelinin "Rakuv"dakı oyununu izləyəcək.

O, ardınca Türkiyəyə üz tutacaq, Nəriman Axundzadənin formasını geyindiyi "Erzurumspor"un matçına tamaşa edəcək.

Yığmamız bu ay UEFA Millətlər Liqasında növbəti mövsümə start verəcək. Ayxan Abbasov məsul yarış öncəsi komandaya namizədləri tək-tək incələməyə alıb. Avqustda bu məqsədlə Rumıniya, Niderland və Türkiyəyə səfər edib.

"Sabah"la "Qarabağ"ın avrokubok görüşlərini stadiondan izləyib, həmçinin Toral Bayramovun şərəfini qoruduğu "Bursaspor"un qarşılaşmasına baxıb. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR