İnsanlara hürriyət, millətlərə istiqlal!

Quranın səhifələrini cırdı: Polis müdaxilə etdi – VİDEO

ABŞ-də anti-İslam çıxışları ilə tanınan ifrat sağçı fəal Ceyk Lenq növbəti dəfə qalmaqala səbəb olub.

Musavat.com bildirir ki, hadisə Miçiqan ştatının Dirborn şəhərində Şəhər Şurasının iclası zamanı baş verib.

Məlumata görə, anti-İslam aksiyasının təşkilatçılarından olan Lenq çıxışı zamanı özü ilə Qurani-Kərim gətirmək istəyib. Lakin Şəhər Şurasının rəhbəri Mayk Sareini iclas qaydalarına əsasən, natiqlərin tribunaya kitab və digər əşyalar gətirməsinə icazə verilmədiyini bildirib. Lenq çıxışını başa vurduqdan sonra kənara qoyduğu Quranı götürərək onun səhifələrini cırmağa başlayıb. Polis dərhal müdaxilə edib və radikal fəalı iclas zalından uzaqlaşdırıb.

Hadisə Dirbornda gərginliyin yaşandığı vaxt baş verib. Lenqin rəhbərlik etdiyi və “Christian Crusader March” adlandırılan aksiyaya yüzlərlə tərəfdar və əks-nümayişçi qatılıb. Qarşıdurmalar nəticəsində 22 nəfər saxlanılıb. Polis saxlanılanların 18-64 yaş arasında olduğunu, onların müxtəlif ştatlardan gəldiyini açıqlayıb.

Lenq ABŞ-də anti-müsəlman çağırışları və təxribat xarakterli aksiyaları ilə tanınır. O, daha əvvəl də Dirbornda Quranı yandırmağa cəhd edib. 2026-cı ilin mayında isə şəhərdəki İslam Mərkəzinin yaxınlığında Quran nüsxələrini yandırmışdı.

Lenq eyni zamanda 2021-ci il yanvarın 6-da ABŞ Konqresinin binasına hücumla bağlı məhkum edilmiş şəxslərdən biridir. O, həmin hadisələrdəki roluna görə həbs cəzası çəkib və daha sonra ABŞ prezidenti Donald Tramp tərəfindən əfv olunub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR