Onlayn ictimai-siyasi qəzet
Naxçıvan-Şahbuz magistralında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Gülər Bayramova və Fidan Abdullazadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ