Onlayn ictimai-siyasi qəzet
Zaqatalada qarışıq mallar mağazasında yanğın baş verib.
Hadisə bu gün səhər saatlarında rayonun Danaçı kəndində qeydə alınıb.
Kənd sakini Səbiət Rəbiət qızı İsayevaya məxsus qarışıq mallar mağazasında baş verən yanğın nəticəsində obyektin yanar konstruksiyaları və içərisindəki məhsullar yanıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır./lent.az
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ