Onlayn ictimai-siyasi qəzet
Ötən gün “Zirə” ilə oyunda “Sabah”ın əsas heyət üzvləri Stiv Solvet və Umarali Raxmonaliyev zədələnmişdi.
Futbolçuların zədəsi ciddi deyil. Bu barədə klubun mətbuat katibi Elnur Həmidov açıqlama verib. Lakin onların Mançesterdə oynayıb-oynamayacağı hələ ki, dəqiq deyil, həkim nəzarətində məşq edirlər.
Qeyd edək ki, “bayquşlar” sentyabrın 9-u ÇL-nin liqa mərhələsinin ilk turunda Mançesterdə “Yunayted”in qonağı olacaq. (Offsideplus.az)
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ