İnsanlara hürriyət, millətlərə istiqlal!

Derbidə ürəkdağlayan ölüm! “Fənərbağça” və “Beşiktaş”dan ard-arda AÇIQLAMA GƏLDİ - FOTO

“Fənərbağça” ilə “Beşiktaş” arasında keçirilən matçda kədərli hadisə baş verib.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində “Fənərbağça” azarkeşi Yaşar Gerçək ürək tutması keçirib.

Əraziyə cəlb olunan təcili tibbi yardım qrupları Yaşar Gerçəyə müdaxilə edib. Həkimlərin bütün səylərinə baxmayaraq, Gerçəyin həyatını itirdiyi məlum olub.

Acı xəbərin ardından “Fənərbağça” klubu öz azarkeşinin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb:

“Qarşılaşma zamanı keçirdiyi ürək tutması nəticəsində həyatını itirən azarkeşimiz Yaşar Gerçəyin vəfat xəbərini dərin kədərlə öyrəndik. Yaşar Gerçəyə Allahdan rəhmət, kədərli ailəsinə, yaxınlarına və bütün camiəmizə başsağlığı diləyirik”.

“Beşiktaş” da başsağlığı mesajı yayımlayıb:

““Fənərbağça” azarkeşi Yaşar Gerçəyin vəfat etdiyini böyük kədərlə öyrəndik. Mərhuma Allahdan rəhmət, ailəsinə, yaxınlarına və “Fənərbağça” camiəsinə başsağlığı diləyirik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR