Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ nümayəndələri Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda növbəti addımları müzakirə ediblər və bu addımlar yaxın həftələrdə açıqlanacaq.
Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi Ağ Ev rəsmisinə istinadən yayıb. Bildirilir ki, "ABŞ və Rusiya nümayəndələri Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda növbəti addımlar üçün əsaslı planları müzakirə ediblər".
ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, planlar bir neçə həftə ərzində açıqlanacaq.
Xatırladaq ki, dünən axşam Rusiya prezidenti Vladimir Putin Kremldə amerikalı danışıqçılar Stiv Vitkoff və Cared Kuşnerlə görüşüb. Putinin köməkçisi Yuri Uşakovun görüşdən sonra bildirdiyinə görə, üç saatdan çox davam edən danışıqlar vaxtında və hər iki tərəf üçün olduqca faydalı olub və təkcə Ukrayna münaqişəsinin həllini deyil, həm də potensial böyük Rusiya-Amerika layihələrini əhatə edib.
Musavat.com
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ