İnsanlara hürriyət, millətlərə istiqlal!

3 gün 3 gecə davam edən toydan sonra gəlin qaçdı - ŞOK VİDEO üzə çıxdı

Türkiyənin Muğla vilayətinin Milas rayonunda üç gün üç gecə davam edən toy mərasimindən sonra 5 milyon lirə dəyərində qızıl-zinət əşyaları ilə birlikdə yoxa çıxdığı iddia edilən özbək gəlinlə bağlı yeni görüntülər yayılıb.

Musavat.com-un xəbərinə əsasən, məlum olub ki, gənc qadın (Mamura Burkhanova) toy mərasimindən əvvəl verdiyi müsahibədə Türkiyədə toy keçirmək istəməsinin səbəbi barədə danışıb və “Özbəkistanda toy etmək istəmədim, çünki burada üç gün toy edəcəyik” deyib.

Hadisədən sonra polisə könüllü şəkildə müraciət edən gəlin 20 ədəd qızıl və 226 min lirə götürdüyünü etiraf edib. Mamura Burkhanova digər zinət əşyalarının isə qayınatasında olduğunu bildirib. Burkhanova həmçinin həyat yoldaşının və qayınatasının ona və anasına qarşı təhdid, təhqirlər səsləndirdiyini iddia edib. O, hər iki şəxsdən şikayətçi olub.

Polis əməkdaşları milyonlarla lirə dəyərində olduğu bildirilən zinət əşyalarının taleyini müəyyənləşdirmək və hadisənin təfərrüatlarını üzə çıxarmaq üçün araşdırmanı davam etdirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR