Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin Krıma zərbəsi zamanı “Xalq Cəbhəsi. Hər şey Qələbə üçün” fondunun icraçı direktoru Anatoli Çernışov həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə fondun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 58 yaşlı Anatoli Çernışov ölümündən sonra “göstərdiyi fədakarlığa və işinə sədaqətinə görə” “İgidliyə görə” ordeni ilə təltif edilib.
Çernışov 2025-ci ilin oktyabrından fondun icraçı direktoru vəzifəsində çalışırdı.
“Xalq Cəbhəsi. Hər şey Qələbə üçün” fondu döyüş bölgəsində olan Rusiya hərbçilərinə yardım göstərilməsi ilə məşğuldur. Toplanan ianələr hesabına Rusiya ordusu üçün müxtəlif avadanlıq və təchizat, o cümlədən pilotsuz uçuş aparatlarından müdafiə üçün radioelektron mübarizə vasitələri, radiostansiyalar, avtomobillər, səhra tibb məntəqələri üçün tikinti materialları və termal kameralar alınır.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ