İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir it sərnişin təyyarəsini havada saxladı - Moskvada qeyri-adi hadisə

Moskvadakı Vnukovo hava limanında uçuş-enmə zolağına çıxan it “Pobeda” aviaşirkətinin Boeing 737 təyyarəsinin enişinə mane olub.

Musavat.com xəbər verir ki, Novosibirskdən Moskvaya uçan PBD420 reysi enişə hazırlaşarkən dispetçerlər uçuş-enmə zolağında iti görüblər. Həmin vaxt təyyarə zolaqdan cəmi 4 kilometr məsafədə olub.

Pilotlara dərhal ikinci dövrəyə qalxmaq əmri verilib. Boeing 737 təhlükəsiz şəkildə yenidən hündürlük yığıb və aerodrom xidmətlərinin iti ərazidən uzaqlaşdırmasını gözləyib.

Zolaq təhlükəsiz vəziyyətə gətirildikdən sonra təyyarə ikinci cəhddə uğurla eniş edib. Reys mənzil başına yalnız kiçik gecikmə ilə çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR