Onlayn ictimai-siyasi qəzet
Almaniyanın paytaxtı Berlinin dövlət qurumlarından oğurlanan təxminən 1,4 milyon fayl hakerlər tərəfindən “darknet”də yayımlanıb.
Musavat.com xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.
Məlumata görə, “Rhysida” haker qrupu oğurladığı məlumatların yayılmaması müqabilində Berlin hakimiyyətindən 30 bitkoin – təxminən 2 milyon avro tələb edib. Hakimiyyət bu məbləği ödəməkdən imtina etdikdən və verilən müddət başa çatdıqdan sonra hakerlər faylları yayıblar.
Sızdırılan materiallar arasında dövlət qurumlarının əməkdaşlarının şəxsi məlumatları, əmək fəaliyyəti haqqında arayışlar, attestasiya nəticələri, iş vaxtının uçotu cədvəlləri, işə qəbul sənədləri və müxtəlif daxili sənədlər var.
Oğurlanan materialların bir hissəsində xəstəxanalar, yanacaq rezervuarları, qəza elektrik təchizatı sistemləri və silah istehsalçıları ilə bağlı məxfi məlumatların da ola biləcəyi bildirilir.
Almaniyanın Federal İnformasiya Təhlükəsizliyi İdarəsi (BSI) xəbərdarlıq edib ki, məlumat sızması zərərçəkən şəxsləri fişinq və digər kiberhücumların hədəfinə çevirə bilər.
Hadisə sentyabrın 20-də Berlində keçiriləcək seçkilər ərəfəsində baş verdiyindən, oğurlanmış məlumatların siyasi məqsədlərlə istifadə olunması ehtimalı da narahatlıq doğurur. Bununla belə, BSI ilkin kiberhücumun siyasi deyil, maliyyə məqsədilə həyata keçirildiyini hesab edir.
Berlin hakimiyyəti hazırda yayımlanan materialları araşdırır, məlumatları sızdırılmış şəxsləri müəyyənləşdirərək onlarla əlaqə yaratmağa çalışır.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ