İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müharibə iştirakçılarına xüsusi güzəşt – Bütün yanacaqdoldurma məntəqələrində...

Rusiyada Ukraynadakı müharibənin iştirakçılarına yanacaqdoldurma məntəqələrində növbədənkənar xidmət göstərilməsi təklif olunub.

Musavat.com xəbər verir ki, bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı Kaplan Paneş çıxış edib.

Deputat bildirib ki, müharibə iştirakçılarının növbədənkənar yanacaq doldurmaq hüququ federal güzəştə çevrilməli və Rusiyadakı bütün yanacaqdoldurma məntəqələri üçün məcburi olmalıdır.

Onun sözlərinə görə, müharibə iştirakçıları avtomobillərinə yanacaq doldurmaq üçün növbələrdə saatlarla vaxt itirməməlidirlər.

“Xüsusi hərbi əməliyyat iştirakçıları benzin üçün növbələrdə saatlarla dayanmamalıdırlar. Bu, təkcə rahatlıq deyil, həm də onların xidmətlərinə hörmət məsələsidir”, – Kaplan Paneş bildirib.

Təklif qəbul edilərsə, növbədənkənar yanacaq doldurmaq hüququ federal səviyyədə tətbiq ediləcək və bütün yanacaqdoldurma məntəqələri üçün məcburi olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR