İnsanlara hürriyət, millətlərə istiqlal!

Arıqlamaq istəyən kişilərə XƏBƏRDARLIQ

Arıqlamaq üçün istifadə olunan məşhur preparatlar kişilərdə keçəlləşmə riskini artıra bilər.

Bu barədə “Journal of Investigative Dermatology” jurnalında dərc olunan araşdırmada bildirilir.

Alimlər böyük genetik məlumat bazalarını araşdıraraq GLP-1 reseptorunun aktivliyi ilə bağlı gen variantlarını kişi tipli keçəlləşməyə meyilli şəxslərin genetik xüsusiyyətləri ilə müqayisə ediblər.

Araşdırma nəticəsində müəyyən olunub ki, genetik olaraq saç tökülməsinə meyilli kişilərdə GLP-1 sisteminin aktivliyinin artması keçəlləşmə riskini təxminən 7 faiz yüksəldə bilər. Bu əlaqə hipertoniya, insulinə müqavimət və testosteron səviyyəsinin azalması kimi amillər nəzərə alındıqdan sonra da qorunub.

İndiyədək bu cür dərmanlardan istifadə zamanı saç tökülməsi əsasən sürətli çəki itkisi ilə əlaqələndirilirdi. Tədqiqatçılar isə nəticələrin GLP-1 sisteminə təsirlə kişi tipli keçəlləşmə arasında mümkün genetik əlaqəyə işarə etdiyini bildiriblər.

Bununla yanaşı, alimlər araşdırmanın konkret preparatların birbaşa təsirini qiymətləndirmədiyini də vurğulayıblar. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR