Onlayn ictimai-siyasi qəzet
İran hərbi münaqişəni davam etdirməyə hazırdır və daha bir neçə ay ərzində ABŞ-yə müqavimət göstərməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, "The New York Times" qəzetinin son həftələrin kəşfiyyat hesabatlarına istinadən verdiyi məlumata görə, ABŞ kəşfiyyatı bu qənaətə gəlib.
Amerika tərəfinin qiymətləndirmələrinə görə, Tehran Yaxın Şərqdəki hərbi imkanlarına daha çox əmin olmağa başlayıb.
"İran Yaxın Şərqdəki hədəflərə zərbələr endirmək imkanlarına daha çox əmin olub və görünür, Birləşmiş Ştatların planlarını pozmaq üçün münaqişəni bir neçə ay davam etdirmək əzmindədir", – deyə nəşrdə bildirilir.
Qəzetin keçmiş və hazırkı rəsmilərə istinadən yazdığına görə, müharibənin tam dayandırılması barədə razılığa gəlmək çətin olacaq.
Qeyd olunur ki, Tehran yalnız ABŞ-dəki aralıq seçkiləri ərəfəsində Prezident Donald Trampın siyasi problemlərini kəskinləşdirməyə hazırdır.
Mənbələr yaxın həftələrdə İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirməyə başlaya biləcəyini ehtimal edirlər.
Bununla yanaşı, amerikalı rəsmilər hesab edirlər ki, iyulun sonunda ABŞ-də 100-dən çox su təchizatı sisteminə edilən kiberhücumların arxasında böyük ehtimalla İranla əlaqəli hakerlər dayanıb. NYT-nin həmsöhbətlərinin sözlərinə görə, İran haker qrupları ABŞ-nin neft-qaz infrastrukturu ilə də maraqlandıqlarını nümayiş etdiriblər.
İqbal RZAYEV,
Musavat.com
06 Sentyabr 2026
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ