Onlayn ictimai-siyasi qəzet
Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə ifa etdiyi “Gəlirəm” duetinin klip çəkilişindən görüntülər paylaşıb.
May ayında lentə alınan klipin çəkilişləri zamanı maraqlı və bir qədər də qorxulu anlar yaşanıb. Belə ki, sənətçilər otluq əraziyə daxil olarkən özlərini narahat hiss ediblər.
Namiq həmin anları paylaşaraq “May ayında kim belə yerə girər? Qorxuludur” sözlərini yazıb. O, ərazidə ilanların olmasından qorxduqlarını bildirib. (Axşam.az)
06 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ