İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Kazımova 13 dekabrda Moskvadakı sevənlərinə sürpriz edəcək

Xalq artisti Aygün Kazımova 13 dekabrda Moskvada solo konsert proqramı ilə çıxış edəcək.

20 il əvvəl Dövlət Kreml Sarayında səhnə alan ölkənin əsas ulduzu bu dəfə “Moskva” Konsert Zalında sevənləri ilə görüşəcək. 

Konsertdə Aygün Kazımova sevilən hitlərini səsləndirəcək. Gecədə xüsusi səhnə şousu, özəl proqram və sürprizlər olacaq.

Diva həmin gün pərəstişkarlarına möhtəşəm anlar yaşadacaq. Tədbirin biletləri bu gündən etibarən satışa çıxarılıb.

Qeyd edək ki, Aygün Kazımova sonuncu dəfə 2006-cı ildə Moskvada solo konserti ilə çıxış etmişdi və böyük səs-səda doğurmuşdu. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR