İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ heyəti Kremlə daxil oldu - VİDEO

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Moskvaya gəliblər.

Musavat.com xəbər verir ki, Uitkoff və Kuşnerin olduğu kortej Rusiya Prezidenti Vladimir Putinlə görüşün keçiriləcəyi Kreml ərazisinə daxil olub.

Ağ Ev nümayəndələrinin tərəflərə müharibənin dayandırılması üçün yeni sülh planı gətirdiyi bildirilir. Səfər çərçivəsində tərəflərin atəşkəs şərtlərini və ərazi məsələlərini müzakirə edəcəyi gözlənilir.

ABŞ nümayəndələrinin Moskvadakı danışıqlardan dərhal sonra – sentyabrın 6-da Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəkləri planlaşdırılır. Səfərlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə Rusiya və Ukrayna tərəfləri hava zərbələrinə müvəqqəti fasilə verilməsi barədə razılıq əldə ediblər.

@@TVmusavat/154691@@

Musavat.com

Attachment

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR