Onlayn ictimai-siyasi qəzet
SEPAH-ın regionda ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə ballistik raketlər buraxmasından sonra Amerika qüvvələri bu gün İran nefti daşıyan üç tankerə zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un məlumatına görə, ABŞ-yə məxsus təyyarədaşıyan gəmi və idarəolunan raket silahları ilə təchiz edilmiş esmines bir neçə hücumdan yayınmağı bacarıb, amerikalı hərbçilərdən heç kim xəsarət almayıb.
Bundan sonra Amerika qüvvələri Xark adası yaxınlığında "M/T Downy" və Cask yaxınlığında "M/T Stark 1" tankerlərini sıradan çıxarıb. "Noxen" kimi də tanınan üçüncü tanker - "M/T Kylo" isə heyətinə gəmini tərk etmək əmri verildikdən sonra Oman körfəzində məhv edilib.
Musavat.com
06 Sentyabr 2026
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ