İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: Qırıcı yerə çırpıldı, hər yer alovlandı - VİDEO

Yunanıstan Hərbi Hava Qüvvələrinə aid "F-4 Phantom" tipli qırıcı təyyarə paytaxt Afinadan təxminən 50 kilometr aralıda yerləşən Tanaqra aviabazasında keçirilən "Athens Flying Week" aviasiya həftəsi çərçivəsindəki nümayiş uçuşu zamanı qəzaya uğrayıb.

Musavat.com bildirir ki, qəzadan dərhal sonra ərazidə yanğın baş verib və hadisə yerinə xilasedici briqadalar cəlb olunub.

Təyyarə pilotunun vəziyyəti haqqında hələlik rəsmi məlumat verilməyib. Qəzanın başvermə səbəbləri də məlum deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR