İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın “Xeybər Şekan” raketləri Vaşinqtonu silkələdi: ABŞ kəşfiyyatından etiraf

ABŞ-də İranın ballistik raket imkanlarının nə dərəcədə düzgün qiymətləndirilməsi ilə bağlı narahatlıqlar artır.

Musavat.com xəbər verir ki, Fransanın xüsusi xidmət orqanlarının sözçüsü hesab edilən Intelligence Online nəşrinin yazdığına görə, ABŞ Konqresi İranın raketlərinin istehsalı və yerləşdirilməsinin necə izlənildiyini, eləcə də dövlət qurumları arasında mümkün təhdidlərlə bağlı məlumat mübadiləsinin nə dərəcədə effektiv olduğunu açıqlamağı tələb edərək kəşfiyyat strukturlarına təzyiqi artırır.

Xüsusi diqqət İranın orta mənzilli “Xeybər Şekan” raketlərinə yönəlib. Nəşrin məlumatına görə, bu raketlərin istifadəsi Yaxın Şərqdə ABŞ və müttəfiqlərinə məxsus hava hücumundan müdafiə sistemləri üçün ciddi problemə çevrilib.

Vəziyyəti ABŞ-nin tutucu raket ehtiyatlarının xüsusilə aşağı səviyyədə olması daha da çətinləşdirir.

Qanunvericilər İranın raket imkanları üzrə ayrıca koordinator təyin edilməsini, həmçinin ölkənin nüvə və ballistik raket potensialı ilə bağlı vahid kəşfiyyat qiymətləndirməsinin hazırlanmasını təklif edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR