İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Bakıya: Professor İlham Rəhimovun nəvəsinin sərgisində İZDİHAM - VİDEO

Bakıda gənc istedadlı rəssam Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi keçirilib.

Musavat.com xəbər verir ki, sərgidə rəssamın əsas mövzusu olan yaşlı insanlar həyatın yorğunluq və sonluq deyil, əksinə, rəngli və dolğun bir mərhələsi kimi təqdim olunub. Kəmalə Cəfərovanın əsərlərində yaşlı insanlar tennis oynayır, dəniz kənarında gəzir, söhbət edir və həyatdan zövq alırlar.

Sərginin xüsusi qonaqlarından biri rəssamın babası, Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov olub. O, nəvəsinin yaradıcılığını yüksək qiymətləndirib və əsərlərdən birində nəvəsi İsgəndərlə birlikdə təsvir olunmasını xüsusi qeyd edib.

Kəmalə Cəfərova isə bildirib ki, məqsədi yaşlanmanı həyatın sonu kimi deyil, öz tarixçəsi və gözəlliyi olan yeni bir mərhələ kimi göstərməkdir.

Qeyd edək ki, Londonda təhsil alan rəssam hazırda Moskvada yaşayır və yaradıcılığını oradakı emalatxanasında davam etdirir. Musavat.com “TV Müsavat”ın sərgi ilə bağlı videomaterialını təqdim edir:

Afaq Mirayiq,
Tofiq Balayev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR