Onlayn ictimai-siyasi qəzet
Boliviyanın cənub-qərbində yerləşən Viaça şəhərindəki hərbi texnikaya xidmət mərkəzində güclü partlayış baş verib.
Musavat.com xəbər verir ki, faciə nəticəsində ən azı iki nəfər həlak olub. Bu barədə yerli polisə istinadən "Unitel" telekanalı məlumat yayıb.
Qanlı insident zamanı 59 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha yeddi nəfər isə itkin düşmüş hesab olunur.
Ölkənin Müdafiə naziri Ernesto Xustiniano bildirib ki, yaralananlardan yalnız altı nəfəri hərbi qulluqçudur, qalan zərərçəkənlər mülki şəxslərdir.
Nazir həmçinin əlavə edib ki, partlayışın pik nöqtəsi hərbi obyektin ərazisində pirotexniki vasitələrin saxlanıldığı anbar sahəsi olub. Hadisə yerində axtarış-xilasetmə işləri və təhqiqat davam edir.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ