İnsanlara hürriyət, millətlərə istiqlal!

Striptiz klubuna gedib pul səpən keçmiş nazir ölkəni qarışdırdı

ABŞ Prezidenti Donald Trampın administrasiyasında Əmək naziri vəzifəsində çalışmış və aprel ayında istefa verən Lori Chavez-DeRemerin fəaliyyəti ilə bağlı aparılan araşdırmanın nəticələri ölkədə böyük qalmaqala səbəb olub. ABŞ Əmək Nazirliyinin Baş Müfəttişlik Ofisinin hazırladığı hesabatda keçmiş nazirin vəzifədə olduğu dövrdə bir sıra qaydaları pozduğu müəyyən edilib.

Musavat.com xəbər verir ki, hesabatda Chavez-DeRemerin mühafizə komandasının üzvü və komandada inzibati səlahiyyətə malik Brian Sloan ilə peşəkar münasibətlərin sərhədlərini aşan və yolverilməz dərəcədə yaxın münasibət saxladığı bildirilib.

Müfəttişlər onların arasında cinsi və ya romantik münasibətin olduğunu qəti şəkildə sübut edən kifayət qədər dəlil əldə etmədiklərini qeyd ediblər. Lakin Las-Veqasa səfərlər zamanı otel otaqlarının giriş-çıxış qeydlərinin onların bəzi gecələri bir-birinin otağında keçirdiyini göstərdiyi bildirilib.

Hesabatda daha bir şahidin ifadəsinə də yer verilib. Şahidin sözlərinə görə, Miçiqana səfər zamanı keçmiş nazir avtomobildə Brian Sloanın çiyinlərinə masaj edib və bu zaman cinsi məzmunlu eyhamlar səsləndirib.

Araşdırmanın ən diqqətçəkən hissələrindən biri isə 2025-ci ilin aprelində Oreqon ştatında baş verən hadisə ilə bağlıdır.

Hesabata görə, Chavez-DeRemer birlikdə olduğu şəxslərlə striptiz klubuna gedib. Keçmiş nazir çantasından çıxardığı pulu mühafizə əməkdaşlarından birinə verərək rəqqasənin üzərinə atmasını istəyib.

Mühafizə əməkdaşı bu tapşırığı yerinə yetirməkdə tərəddüd edərək Brian Sloandan məsləhət istəyib. Sloan isə tapşırığın icra edilməsini bildirib. Bundan sonra pul rəqqasənin üzərinə səpilib.

Araşdırmanın yekununda Chavez-DeRemerin iş yerində təqibi qadağan edən siyasətləri pozduğu, şəxsi və rəsmi səfərləri qaydalara zidd şəkildə birləşdirdiyi, federal ərazidə icazəsiz olaraq spirtli içki qəbul etdiyi, dövlət resurslarından şəxsi məqsədləri üçün istifadə etdiyi və aldığı hədiyyələri bəyan etmədiyi müəyyən edilib.

Hesabatın nəticələrinin ictimaiyyətə açıqlanmasından sonra təzyiqlərlə üzləşən Chavez-DeRemer hadisələrin ortaya çıxmasından təxminən üç ay sonra, aprel ayında Əmək naziri vəzifəsindən istefa verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR