İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Köçəryanın həbsinə reaksiya

Ermənistanda keçmiş prezident Robert Köçəryanın həbsi, ölkədə siyasi təqiblərlə bağlı artan narahatlıqlar fonunda ABŞ-ın mövqeyini də gündəmə gətirib.

Musavat.com xəbər verir ki, Ermənistanın 168.am nəşri ABŞ-ın İrəvandakı səfirliyinə müraciət edərək ölkədə son dövrlərdə baş verən siyasi və ictimai proseslər, o cümlədən həbslər barədə Vaşinqtonun mövqeyini soruşub.

Sorğuda hakimiyyətin Ermənistan Apostol Kilsəsinə və onun rəhbərinə qarşı ritorikası ilə yanaşı, ölkədə siyasi proseslər və qanunçuluqla bağlı narahatlıqlar da diqqətə çatdırılıb. Sorğu ABŞ-ın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili Devid Allenə göndərilib.

Picture background

ABŞ səfirliyinin cavabı isə olduqca qısa olub: “Siyasətimizə uyğun olaraq, Ermənistan Respublikasının daxili işlərinə aid məsələlərə şərh verə bilmərik”. Yəni Vaşinqton Köçəryanın həbsi də daxil olmaqla, Ermənistanda baş verən daxili siyasi proseslərə konkret qiymət verməkdən çəkinib.

Bu mövqe xüsusilə müxalif düşərgədə məyusluq yaradıb. Məsələn, siyasi analitik Akop Badalyanın fikrincə, ABŞ hakimiyyətin seçkilər ərəfəsində açıq şəkildə dəstəklənməsinə gəldikdə kifayət qədər fəal mövqe nümayiş etdirir, lakin ölkədə qanunçuluq və demokratiya ilə bağlı problemlər barədə danışmağa gəldikdə “daxili işlərə qarışmamaq” prinsipini xatırlayır. Badalyan bunu ABŞ və Avropa siyasətində ikili standartların göstəricisi kimi qiymətləndirir. Onun fikrincə, Vaşinqton və Brüssel üçün demokratiya və hüquq bəzən müstəqil dəyərdən daha çox geosiyasi məqsədlərə çatmaq üçün istifadə olunan vasitəyə çevrilir. Analitik hesab edir ki, əgər Ermənistan hakimiyyəti Qərbin geosiyasi maraqlarına cavab verirsə, onun daxili siyasətindəki mübahisəli addımlara münasibət də daha yumşaq olur.

Picture background

Köçəryanın həbsi məsələsində ABŞ səfirliyinin konkret mövqe bildirməməsi də bu baxımdan diqqət çəkir. Xüsusilə keçmiş prezidentin həbsi Ermənistanın daxili siyasi mübarizəsinin ən həssas mövzularından biri olaraq qalır. Badalyanın fikrincə, Ermənistan cəmiyyəti demokratiya və hüquqi dövlət quruculuğunun xaricdən gətiriləcək layihə olmadığını anlamalıdır. ABŞ və Avropa öz geosiyasi maraqlarını həyata keçirir, Ermənistanın demokratik gələcəyi isə ilk növbədə ölkə cəmiyyətinin məsuliyyətidir.

Qeyd edək ki, İrəvandakı ABŞ-ın Cənubi Qafqazdakı diplomatik fəaliyyətinin mühüm mərkəzlərindən biridir. Səfirlik Ermənistanın müstəqilliyini elan etməsindən qısa müddət sonra – 1992-ci ilin fevralında İrəvanda fəaliyyətə başlayıb. ABŞ-ın İrəvandakı səfirliyi miqyasına görə Vaşinqtonun xaricdəki ən iri diplomatik komplekslərindən biridir. 23 akrlıq ərazidə yerləşən kompleks ABŞ-ın xaricdəki ən böyük diplomatik obyektləri sırasındadır. Açıq mənbələrdə səfirliyin əməkdaş sayı ilə bağlı fərqli rəqəmlər göstərilsə də, ABŞ-ın rəsmi və diplomatik mənbələrində uzun müddət 400-dən çox əməkdaşın çalışdığı bildirilib.ABŞ-ın Ermənistandakı səfir postu 16 yanvar 2026-dan vakantdır və missiyaya müvəqqəti işlər vəkili David Allen rəhbərlik edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR